Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 44,3 milyon ABŞ dollar dəyərində bitumlu süxurlardan əldə edilən 93,6 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 64,8 milyon ABŞ dolları və ya 59,4 faiz, həcm baxımından isə 122,4 min ton və ya 56,7 faiz azdır.
Ötən ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 109,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 216 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
