Bakı. Trend:
ABŞ administrasiyası Avropa bazarına tədarük üçün Bolqarıstan, Rumıniya və Ukraynada birgə enerji istehsalının təşkilində maraqlıdır.
Trend xəbər verir ki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.
Nazirin sözlərinə görə, “Mən həmçinin yerli enerji ehtiyatlarına malik bir sıra ölkələrlə, o cümlədən Rumıniya, Ukrayna və Bolqarıstanla maraqlanıram və biz onları inkişaf etdirmək üçün şirkətlərlə əməkdaşlıq etməkdən məmnun olarıq”.
Kris Rayt əlavə edib ki, “Biz həmçinin Bolqarıstan da daxil olmaqla nüvə enerjisi məsələləri üzrə dialoq aparırıq”.
