...

Ötən il Azərbaycanın poçt sektoru 32% böyüyüb

İqtisadiyyat Materials 17 Fevral 2026 15:56 (UTC +04:00)
Ötən il Azərbaycanın poçt sektoru 32% böyüyüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın poçt sektoru 2025-ci ildə 2024-cü ilə nisbətən 32% böyüyüb.

Trend xəbər verir ki, bu barədə məlumat İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illik hesabatında yer alıb.

Bildirilir ki, bu inkişafın əsas səbəbi kimi elektron alışverişə marağın artmasını göstərmək olar.

Effektiv tənzimləmənin əldə olunması üçün bazar payının ölçülməsinin əhəmiyyətini nəzərə alaraq, poçt rabitəsi xidmətləri üzrə Dövlət Gömrük Komitəsindən, Dövlət Vergi Xidmətindən və Dövlət Statistika Komitəsindən poçt rabitəsi operatorlarının il ərzində daşıdıqları poçt göndərişləri barədə məlumatlar toplanıb və təhlil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti