...

Ali Məclis deputatının köməkçisinin hüquqi statusu yaradılır

Cəmiyyət Materials 17 Fevral 2026 12:47 (UTC +04:00)
Ali Məclis deputatının köməkçisinin hüquqi statusu yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Ali Məclisin fevralın 18-də keçiriləcək plenar iclasının gündəliyində yer alan müvafiq qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.

Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti