...

Bu ərazilərdə su olmayacaq

Cəmiyyət Materials 18 Fevral 2026 06:00 (UTC +04:00)
Bu ərazilərdə su olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Bakı şəhərinin Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)nin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında fərdi yaşayış evinin inşası ilə əlaqədar diametri 500 mm olan magistral su xəttində baş vermiş qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevrala qədər UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Xəbər lenti

Xəbər lenti