...

Fransada davam edən daşqınlar geniş əraziləri su altında qoydu

Dünya xəbərləri Materials 18 Fevral 2026 03:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın cənub-qərbində böyük ərazilər uzun müddətdir davam edən daşqınlar səbəbindən su altında qalıb.

Trend xəbər verir ki, daşqınlar artıq bir aydan çoxdur davam edir.

Ən çox zərər çəkən ərazilər Qaron, Luara və Şaranta çaylarının vadilərində yerləşir.

17 fevral tarixinə olan məlumata görə, Fransanın qərbindəki Men-i-Luara, həmçinin cənub-qərbində yerləşən Jironda və Lo-i-Qaron departamentləri üçün ən yüksək – qırmızı iqlim həyəcanı səviyyəsi elan edilib. Daha 11 departamentdə isə ikinci ən yüksək – narıncı həyəcan səviyyəsi tətbiq olunub.

Su basmış ərazilərdən əhalinin təxliyəsi davam edir. Məlumata görə, 1600-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti