...

Mərkəzi Asiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub - Azamat Sulimanov

Siyasət Materials 18 Fevral 2026 11:16 (UTC +04:00)
Mərkəzi Asiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub - Azamat Sulimanov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiyaya nəzər salanda aydın olur ki, region bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat Sulimanov Bakıda keçirilən C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində Mərkəzi Asiya dialoq mərhələsindən real tərəfdaşlığa keçib:

“Ərazi məsələləri tənzimlənib, sərhədlər açılıb, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq qurulub. Bu prosesdə Mərkəzi Asiya dövlət başçılarının məşvərət tipli görüşləri mühüm rol oynayıb və regional əməkdaşlıq arxitekturasının vacib dayağına çevrilib”.

A.Sulimanov vurğulayıb ki, bu görüşlər ölkə liderləri arasında birbaşa və sistemli dialoq aləti kimi öz effektivliyini sübut edib.

“Hesab edirəm ki, Azərbaycanın bu formata qoşulması regional məkanın keyfiyyətcə yenidən düşünülməsindən danışmağa imkan verir. Bu məkanda Xəzər artıq sərhəd deyil, birləşdirici elementə çevrilir. Bu isə öz növbəsində nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının və iqtisadi maraqların uzlaşdırılmasını şərtləndirir”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, bu, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında regionlararası qarşılıqlı əlaqəliliyin güclənməsinə və regionun beynəlxalq subyektliyinin möhkəmlənməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti