Bakı. Trend:
Avropalılar Ukraynanın təhlükəsiz bölgələrindən birinə Avropa qoşunlarını göndərməklə Kiyevə sadiqliklərini nümayiş etdirə bilərlər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun “The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində qeyd olunub.
“Biz - avropalılar, Ukraynanın tamamilə təhlükəsiz olan bir və ya bir neçə bölgəsinə Avropa quru qoşun kontingentini göndərməklə azad və suveren Ukraynaya sadiqliyimizi nümayiş etdirə bilərdik. Onların missiyası döyüş əməliyyatlarında iştirak etmək və ya avropalıların həyatını riskə atmaq deyil, xarici əsgərlərin Ukrayna torpağına dəvət olunması qərarının hər zaman Ukraynanın işi olduğunu vurğulamaq olardı. Bununla göstərmiş olardılar ki, buna qərarı məhz Ukrayna xalqı verir”, – deyə Conson yazıb.
Consonun fikrincə, Avropa həmçinin Ukraynaya Rusiya pilotsuz uçuş aparatları istehsal edən zavodları məhv etmək üçün vasitələr verməli, Rusiyanın “kölgə donanması”nın müsadirəsi üzrə əlaqələndirilmiş əməliyyata başlamalı və dondurulmuş Rusiya aktivlərini Ukraynaya təhvil verməlidir.
