Bakı. Trend:
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Trend-in məlumatına görə, bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.
17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarışlar saat 13:00-da başlayacaq.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
