...

Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması tarixi əlaqələrin bərpasıdır, konyunktura deyil - Kuşkumbayev

İqtisadiyyat Materials 18 Fevral 2026 11:41 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması tarixi əlaqələrin bərpasıdır, konyunktura deyil - Kuşkumbayev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Asiya formatının fəaliyyətinə qoşulması konyunktura xarakterli qərar deyil, əvvəllər mövcud olmuş tarixi əlaqələrin bərpasıdır.

Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, söhbət əvvəllər mövcud olmuş situasiyanın yenidən bərqərar olmasından gedir.

“Bu, formatın genişləndirilməsi ilə bağlı hansısa konyunktura, institusional və ya digər qərar deyil”, – deyə ekspert qeyd edib.

O, Azərbaycanın Mərkəzi Asiya üzrə əvvəlki sammitlərdə də iştirak etdiyini xatırladıb və tarixi varisliyi vurğulayıb:

“Hələ 1991-ci ildə Respublikalarası Məşvərət Şurası təsis olunmuşdu. Məşvərət Şurasının fəaliyyətində regionun bütün ölkələri, o cümlədən Azərbaycan iştirak edirdi. ... İştirakın məqsədlərinə gəlincə, onlar dəyişməz qalır: iqtisadi əlaqələrin bərpası, əhalinin rifahının yaxşılaşdırılması, keçmiş Sovet İttifaqı respublikaları arasında təsərrüfat əlaqələrinin harmonizasiyası”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti