...

Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər - Dövlət Departamenti (ÖZƏL)

İqtisadiyyat Materials 18 Fevral 2026 10:58 (UTC +04:00)
Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər - Dövlət Departamenti (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər.

Bunu Trend-ə verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – Mərkəzi Asiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionu ABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur. Kritik infrastrukturun inkişafına investisiyalar və gömrük prosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiya daxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ci ilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilən sammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarət marşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya və enerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin və təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün prioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.

Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar, aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerika investisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTR vasitəsilə daşınan malların və zəruri resursların həcmini artıracaq.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti