...

Qubada külli miqdarda narkotik vasitə aşkarlandı (VİDEO)

Cəmiyyət Materials 19 Fevral 2026 10:07 (UTC +04:00)
Qubada külli miqdarda narkotik vasitə aşkarlandı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Quba rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Trend-in məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.

Həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti