...

Göyçay sakini mübahisə zamanı yıxılaraq öldü

Hadisə Materials 18 Fevral 2026 16:20 (UTC +04:00)
Göyçay sakini mübahisə zamanı yıxılaraq öldü
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Göyçay sakini çay evində pilləkənlərdən yıxılaraq həyatını itirib.

Trend-in məlumatına görə, hadisə fevralın 16-sı Göyçay şəhərində baş verib.

Belə ki, 36 yaşlı Cavid Əhmədov çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti