...

Məşhur internet brauzeri “Windows 7” üçün dəstəyi dayandırır

Dünya xəbərləri Materials 18 Fevral 2026 19:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mozilla” şirkəti “Windows 7” əməliyyat sistemində “Firefox” brauzerinin dəstəyinin tezliklə dayandırılacağını elan edib.

Trend xəbər verir ki, bu qərar “Microsoft”un 2020-ci ilin yanvar ayında Windows 7 üçün rəsmi dəstəyi dayandırması ilə əlaqədardır və artıq Mozilla bu platformada “Firefox”üçün təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri buraxmayacaq.

“Windows 7” istifadə etməyə davam edən istifadəçilər təhlükəsizlik və uyğunluq problemləri ilə üzləşə bilərlər. “Mozilla” brauzerin təhlükəsiz və stabil işləməsini təmin etmək üçün istifadəçilərə “Windows 10” və ya “Windows 11” kimi daha yeni əməliyyat sistemi versiyasına keçməyi tövsiyə edir.

Xatırladaq ki, “Firefox 115” 2023-cü ilin iyul ayında buraxılıb. Rəsmi olaraq bu, Windows 7, Windows 8 və Windows 8.1 sistemlərini dəstəkləyən son Firefox buraxılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti