Bakı. Trend:
Avropa Parlamentinin müxalifətdən olan “Hüquq və Ədalət” (Polşa) partiyasının deputatı Mixal Dvorçik “Wirtualna Polska” internet portalına verdiyi müsahibəyə Ukrayna istehsalı olan təlim məqsədli piyada əleyhinə mina aparıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Siyasətçinin sözlərinə görə, o, bunu fevralın 20-də Polşanın piyada əleyhinə minaların istifadəsi, istehsalı və saxlanmasını qadağan edən Ottava Konvensiyasından rəsmi şəkildə çıxacağını xatırlatmaq üçün edib.
Polşa Ottava Konvensiyasından çıxmaq niyyətini 2025-ci ilin martında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə elan edib. Həmin ilin iyulunda isə o Polşanın ovaxtki prezidenti Andjey Duda parlamentin qəbul etdiyi ölkənin konvensiyadan çıxması haqqında qanunu imzalayıb.
“Bu cümə günü Polşanın piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxması qüvvəyə minəcək. Polşa Baltikyanı dövlətlər və Finlandiya kimi bu sazişdən çıxıb”, – deyə Dvorçik bildirib.
