Bakı. Trend:
Yağan güclü qar Moskva şəhərinin hava limanlarında 19 reysin ləğv edilməsinə səbəb olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 14 reys iki saatdan artıq müddətə gecikdirilib, 6 təyyarə isə ehtiyat hava limanlarına yönləndirilib.
“Günün əvvəlindən etibarən hava limanları 320 reysə xidmət göstərib: 160-sı uçuş, 160-sı eniş üzrə. 6 reys ehtiyat aerodromlara yönləndirilib. Gəliş və gediş üzrə, o cümlədən xarici aviaşirkətlərə məxsus 6 reys daxil olmaqla, ümumilikdə 19 reys ləğv edilib. 14 reys iki saatdan artıq təxirə salınıb”, — məlumatda qeyd olunub.
Qeyd eedək ki, paytaxtın Nəqliyyat Departamenti Moskva şəhərinə yağan güclü qar səbəbindən sakinləri avtomobillə səfərləri təxirə salmağa və metrodan istifadə etməyə çağırıb. Bununla əlaqədar şəhərin mərkəzində hərəkətin lokal məhdudlaşdırılması gözlənilir.
