Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 19,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 41,8 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15, 3 milyon dollar və ya 4,6 dəfə, həcm baxımından isə 33,2 min ton və ya 4,9 dəfə çoxdur.
Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 4,2 milyon ABŞ dolları dəyərində 8,6 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.
