Bakı. Trend:
“Qarabağ” - “Nyukasl” oyununda fasilə elan olunub.
Trend xəbər verir ki, ilk yarıdan sonra qonaqlar 5:0 hesabı ilə irəlidədirlər.
XXX
22:24
“Qarabağ” - “Nyukasl” oyununda daha bir qol vurulub.
Trend xəbər verir ki, 34-ci dəqiqədə Entoni Qordon oyunda dördüncü qoluna imza atıb - 0:4.
XXX
22:20
“Qarabağ” - “Nyukasl” oyununda hesab yenə dəyişib.
Trend xəbər verir ki, 32-ci dəqiqədə Entoni Qordon penaltidən üçüncü topu Ağdam klubunun qapısından keçirib.
XXX
21:59
“Qarabağ” - “Nyukasl” oyununda hesab dəyişib.
Trend xəbər verir ki, 9-cu dəqiqədə qonaqların oyunçusu Malik Tşau ikinci topu ağdamlıların qapısından keçirib.
XXX
21:52
“Qarabağ” - “Nyukasl” oyununda hesab açılıb.
Trend xəbər verir ki, 3-cü dəqiqədə qonaqların oyunçusu Entoni Qordon fərqlənib.
XXX
21:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçirilən “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandaları arasındakı oyun başlayıb.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edir.
