...

Ümumi strateji maraqlar Azərabycan və Mərkəzi Asiyanın əməkdaşlığını möhkəmləndirir - Akramcon Neymatov

Cəmiyyət Materials 18 Fevral 2026 17:51 (UTC +04:00)
Ümumi strateji maraqlar Azərabycan və Mərkəzi Asiyanın əməkdaşlığını möhkəmləndirir - Akramcon Neymatov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq təkcə coğrafi yaxınlıq, tarixi və mədəni əlaqələr, sivilizasiya ümumiliyi ilə deyil, həm də, şübhəsiz ki, strateji maraqlarının üst-üstə düşməsi ilə şərtlənir.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktorunun birinci müavini Akramjon Neymatov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, son səkkiz il ərzində regionda müəyyən təhlükəsizlik arxitekturası formalaşdırılıb ki, bunu bloklara qoşulmayan xarakter daşıyan formalaşmaqda olan təhlükəsizlik birliyi kimi səciyyələndirmək olar.

“2018-ci ildə dövlət başçılarının Məşvərət görüşləri – ilkin olaraq dialoq platforması kimi – işə salındı, lakin bu gün artıq bu, tamdəyərli qarşılıqlı fəaliyyət mexanizmidir. Bu mexanizm təkcə inkişafın əsas istiqamətlərini müəyyənləşdirmir, həm də regional əməkdaşlığın institusional əsasını formalaşdırır”, – deyə institut direktorunun birinci müavini bildirib.

O qeyd edib ki, növbəti mərhələ sahəvi əməkdaşlığın inkişafı olub.

“İkiillik yol xəritəsi qəbul edilib və onun çərçivəsində nəqliyyat və energetika nazirlərinin müntəzəm görüşləri, həmçinin tarixçilərin forumları, gənclər və digər ekspert platformaları başladılıb. Təxminən dörd il əvvəl, mənim fikrimcə, yeni mərhələ – daha aydın təhlükəsizlik arxitekturasının formalaşdırılması mərhələsi başlayıb. Bu mərhələ Qazaxıstanda təhlükəsizlik şuralarının katiblərinin ilk görüşünün keçirilməsi ilə başlanıb. Növbəti görüş isə ötən il Səmərqənddə baş tutub”, – deyə A. Neymatov vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, ilk dəfə olaraq Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında birgə hərbi təlimlər təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti