...

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum oldu

İdman Materials 18 Fevral 2026 21:32 (UTC +04:00)
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum oldu

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.

Trend xəbər verir ki, kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovu məğlub edərək finala vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyunda da heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibini tay-brekdə müəyyənləşdirəcək.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədova arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovanı məğlub edib.

Beləliklə, qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti