Bakı. Trend:
Mərkəzi Bankın 2026-cı ilin fevral proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2.4%, qeyri-neftqaz ÜDM üzrə isə 4.0% olacağı gözlənilir.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Proqnozlara görə, 2026-cı ildə ümumi ÜDMin artımına neft-qaz sektoru azaldıcı, qeyrineft-qaz sektoru isə artırıcı təsir edəcək. Cari ildə qeyri-neft-qaz sektorunda artımın əsas drayverləri ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımının olacağı gözlənilir.
“2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2.9% və 4.3% olacağı proqnozlaşdırılır. Proqnozlara görə 2027-ci ildə də ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir edəcəkdir. 2027-ci ildə qeyri-neftqaz sektorunun artımını 2026-cı ildə olduğu kimi ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımı şərtləndirəcək. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Belə ki, neft-qaz sektorunda 2026- cı ilə -2.4%, 2027-ci ilə -1.3% real azalma proqnozlaşdırılır10. 2026 və 2027-ci illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq. 2025 və 2026-cı illər üzrə qeyri-neftqaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq”, - məlumatda qeyd edilib.
