Bakı. Trend:
Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Vladimir Zelenskini ölkənin respublikaya elektrik enerjisi təchizatını dayandıra biləcəyi ilə xəbərdar edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fitso mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, bu addım “Drujba” neft kəməri ilə Rusiya neftinin tədarükünün dayandırılması ilə əlaqədardır.
Bu həftə Slovakiya və Macarıstan Ukraynanın “Drujba” vasitəsilə Rusiya xammalının bu ölkələrə nəqlini bloklamasından sonra Xorvatiyadan Rusiyadan neft tranzitinin təşkil edilməsini xahiş ediblər. Kiyev Budapeşti Rusiya ordusunun kəmərə hücumlarını gizlətməkdə ittiham edib.
“Əgər Zelenskiyə elə gəlirsə ki, bunun heç bir dəyəri yoxdur və ona lazım deyil, biz qərar qəbul edib elektrik enerjisinin tədarükü sahəsində əməkdaşlıqdan imtina edə bilərik”, - deyə Fitso bildirib.
