...

Sabahdan temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq

Cəmiyyət Materials 18 Fevral 2026 19:13 (UTC +04:00)
Sabahdan temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti