...

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2026 17:26 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Parisdə Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində Yol Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri təmsil ediblər.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Avropa Nəqliyyat Nazirləri Konfransı (EKMT) çoxtərəfli kvota sistemi üzrə görülən işlər və gələcək prioritetlər nəzərdən keçirilib. Beynəlxalq yükdaşımaların daha səmərəli təşkili, sistemin müasir tələblərə uyğunlaşdırılması və dayanıqlı inkişafın təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

İclasda EKMT çoxtərəfli kvota sisteminə yeni iştirakçıların qoşulması qaydaları haqqında layihə sənədləri, 2027-ci ildən etibarən sıfır emissiyalı nəqliyyat vasitələri üçün lisenziyaların tətbiqi, o cümlədən EKMT rəqəmsal sisteminin funksionallığının genişləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edilib.

Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvota sisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyinin artırılması və icazələrin daha məhsuldar istifadə olunması üçün strateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararası yükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirəcək.

Eyni zamanda qeyd olunub ki, çoxtərəfli kvota sisteminin genişləndirilməsi Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi çərçivəsində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. İclasda üzv ölkələr bu məsələyə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı və daha inteqrasiya olunmuş nəqliyyat sisteminin formalaşdırılması baxımından konstruktiv yanaşmağa çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti