...

UEFA "Benfika" -"Real" matçında yaşananları araşdırmağa başlayıb

İdman Materials 18 Fevral 2026 17:55 (UTC +04:00)
UEFA "Benfika" -"Real" matçında yaşananları araşdırmağa başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliyanın “Benfika” və İspaniyanın “Real” klubları arasında Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off raundunun ilk oyununda intizam reqlamentinin mümkün pozuntusunun araşdırılması üçün etika və intizam üzrə inspektor təyin edib.

Trend xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, inspektor oyun zamanı baş vermiş ayrı-seçkilik xarakterli davranışları araşdıracaq.

Görüş Lissabonda keçirilib və “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunun müəllifi olan hücumçu Vinisius qol vurduqdan sonra “Benfika” azarkeşlərinə tərəf qaçaraq onlara qarşı təxribat xarakterli jestlər edib.

Bundan sonra Vinisius oyunun baş hakiminə ünvanına səsləndirilən irqçi təhqirlərlə bağlı şikayət edib. İspaniya KİV-lərinin məlumatına görə, Vinisiusu irqi zəmində təhqir edən şəxsin “Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianinin ola biləcəyi bildirilir.

Görüş 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda Portuqaliya klubunun azarkeşləri Vinisius və “Real”ın digər futbolçularına müxtəlif əşyalar, o cümlədən butulkalar və elektron siqaretlər atıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti