Bakı. Trend:
Yaponiyanın imperatoru Naruhito baş nazir Sanaye Takaitinin rəhbərliyi ilə formalaşdırılmış hökumətin tərkibini təsdiqləyib.
Trend bu barədə xarici KİV-ə istindən xəbər verir.
Nazirlər Kabinetinin tərkibinin imperator tərəfindən təsdiqlənməsi Yaponiya Konstitusiyasına uyğun olaraq həyata keçirilən icbari prosedurdur. Mərasim zamanı nazirlər növbə ilə imperatordan monarxın imzası ilə təsdiqlənmiş xüsusi sənəd – təyinat haqqında bildiriş alırlar.
Bu baş nazir Takaitinin sayca ikinci hökumətidir. O, ötən ilin 21 oktyabr tarixində hakimiyyətə gəlib. Bu gün növbədənkənar seçkilərdən sonra parlamentin əsas aşağı palatasının ilk iclas günündə hökumət texniki istefaya gedib. Bundan sonra Takaiti gözlənildiyi kimi 105-ci baş nazir seçilib. Onun ikinci kabinetində bütün nazirlər vəzifələrini qoruyub saxlayıblar.
Gün ərzində baş nazir əsas siyasi yanaşmaları açıqlayacağı mətbuat konfransı keçirəcək. Bundan sonra yeni hökumət ilk iclasını keçirəcək.
