Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Gürcüstana 250,252 milyon ABŞ dolları dəyərində 2,342 milyard kubmetr təbii qaz ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü illə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz ixracının dəyəri 72,4 milyon ABŞ dolları və ya 22,4%, həcmi isə 923,8 milyon kubmetr və yaxud 28,3% azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan xaricə ümumilikdə 8,821 milyard ABŞ dolları dəyərində 25,187 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% azdır.
Eyni zamanda 2025-ci ildə Azərbaycana 44,325 milyon ABŞ dolları dəyərində 319,326 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,7 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 227,5 milyon kubmetr və yaxud 1,7 dəfə azdır.
