Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Serbiyaya 119,8 milyon ABŞ dolları dəyərində, 226,1 milyon kumbetr həcmində təbii qaz ixrac olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, 2024-cü ilin göstəricisi ilə müqayisədə bu dəyər ifadəsində 90,6 milyon ABŞ dolları və ya 4,1 dəfə , həcm baxımından isə 154 milyon kubmetr və ya 3,1 dəfə çoxdur.
2024-cü ildə Azərbaycandan Serbiyaya 29,2 milyon ABŞ dolları dəyərində 72,1 milyon kubmetr həcmində təbii qaz ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821 milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qaz ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% az olub.
