Bakı. Trend:
Gürcüstanın xüsusi xidmət orqanları Kutaisi şəhərində radioaktiv maddələr əldə etməyə çalışan 2 xarici ölkə vətəndaşını saxlayıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Təhlükəsizlik Xidmətinin nümayəndəsi Laşa Maqradze açıqlama verib.
Həmin şəxslərin uran və sezium-137 maddələri almağa çalışdığı bildirilir.
“Cinayət planını həyata keçirmək üçün xarici vətəndaşlar son həftələr ərzində radioaktiv maddələrin ölkə xaricinə çıxarılması üçün əlverişli şərait yaratmaq məqsədilə mütəmadi olaraq Gürcüstana gəlirdilər”, – deyə Maqradze cümə axşamı keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, fakt üzrə istintaq “terrorçuluq” maddəsi ilə aparılır.
Saxlanılmaın təfərrüatları barədə məlumat verilmir.
