...

TANAP BMT-nin flaqman proqramına qoşulub

Energetika Materials 19 Fevral 2026 12:34 (UTC +04:00)
TANAP BMT-nin flaqman proqramına qoşulub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyənin “Oil & Gas Methane Partnership (OGMP) 2.0” proqramına qoşulan ilk təşkilatına çevrilib.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

“OGMP 2.0” Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) neft-qaz sənayesində metan emissiyalarının hesabatlılığı və azaldılması sahəsində flaqman proqramıdır.

“Könüllü təşəbbüs kimi bu mühüm hadisə TANAP-ın metanın etibarlı uçotu, şəffaf hesabatlılıq və emissiyaların real azaldılmasına sadiqliyini əks etdirir, milli və qlobal səviyyədə iqlimlə bağlı ölçülərə məsuliyyətli töhfə verir. “OGMP 2.0”da iştirak etməklə biz daha dayanıqlı və məsuliyyətli enerji gələcəyinə töhfəmizi gücləndiririk”, – konsorsiumun bəyanatında bildirilir.

Qeyd edək ki, OGMP 2.0 proqramı çərçivəsində tərəfdaşlığa qoşulan şirkətlər neft-qaz sektorunda metan emissiyaları barədə məlumaltarın doğruluğu və şəffaflığını qaldıran ölçülərə əsaslanan vahid kompleks hesabatlılıq sistemindən istifadəyə dair üzərlərinə öhdəlik götürmüş olurlar.

TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsi olaraq, Azərbaycanın “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan–Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəql edir. Onun ilkin ötürücülük qabiliyyəti ilə 16 milyard kubmetr təşkil edir. Bunun təxminən 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulur, qalan hissə isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya yönəldilir. 2025-ci ildə bu boru kəməri vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz ixrac edilib.

TANAP-ın istismar müddətinin 2062-ci ilədək davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti