...

Böyük Britaniyada sərt şaxtalar nəticəsində 2500 nəfər həyatını itirdi

Dünya xəbərləri Materials 19 Fevral 2026 01:32 (UTC +04:00)
Böyük Britaniyada sərt şaxtalar nəticəsində 2500 nəfər həyatını itirdi

Bakı. Trend:

Böyük Britaniyada ötən qış müşahidə olunan şaxtalı hava şəraiti nəticəsində 2500 nəfər ölüb.

Trend “The Independent”ə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti evlərini kifayət qədər isitmək imkanı olmayan yaşlı insanlardır.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən ilk dəfə olaraq dərc edilən məlumatda 2025-ci ilin yanvarında altı gün davam edən kəskin şaxtalı havada ölüm hallarında ciddi artım qeydə alınıb. Ən çox fakt 85 yaşdan yuxarı şəxslər arasında baş verib.

Statistikaya əsasən, ölüm hallarından 864-ü insanların öz evlərində qeydə alınıb. Ekspertlər bildiriblər ki, bu hadisələrə evlərin zəif izolyasiyası, istilik sisteminin yetərli olmaması, səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və soyuq hava riskləri barədə məlumatlılığın azlığı kimi amillər təsir göstərə bilər.

Hazırda Böyük Britaniyada yenidən soyuq hava şəraiti hökm sürür. Sinoptiklər yaxın günlərdə “Pedro” adlı fırtınanın qar, buzlanma və güclü yağışlar gətirə biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər xüsusilə yaşlı və həssas qruplara aid şəxsləri ehtiyatlı olmağa və istilik təminatına diqqət yetirməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti