...

Bakı metrosunun hərəkəti qrafik üzrə bərpa olundu (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Fevral 2026 09:54 (UTC +04:00)
Bakı metrosunun hərəkəti qrafik üzrə bərpa olundu (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda yubanmalar yoxdur və yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

xxx
08:46

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

Bu barədə Trend-in sorğusuna əsasən, “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti