...

İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Fevral 2026 13:57 (UTC +04:00)
İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalı rayonunun Xanabad kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb.

Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.

xxx
12:54

Xocalı rayonunun Xanabad kəndinə yola salınan ailələr mənzil başına çatıblar.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb.

Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək.

xxx
12:29

Ağdam. Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir.

Trend-in yerli müxbirinin məlumatına görə, 38 ailə (154 nəfər) Ağdam rayonunun Dördyol ərazisindən Xocalı rayonunun Xanabad kəndinə yola salınıb.

Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti