Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Bolqarıstana 1,931 milyard kubmetr həcmində və ümumilikdə 688,8 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-cü ilin göstəriciləri ilə müqayisədə bu dəyər ifadəsində 70,1 milyon ABŞ dolları və ya 11, 3 faiz, həcm baxımından isə 35 milyon kubmetr və ya 1,9 faiz çoxdur.
2024-cü ildə Azərbaycandan Bolqarıstana ümumilikdə 618,7 milyon ABŞ dolları dəyərində 1,896 milyard kubmetr təbii qaz ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821 milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qaz ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% az olub.
