Bakı. Trend:
Cənubi Koreya məhkəməsi sabiq prezident Yun Sok Yolun ölkədə qiyama rəhbərlik etməkdə təqsirlİ BİLİB.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
65 yaşlı siyasətçi 2024-cü ilin dekabrında ölkədə hərbi rejim tətbiq etmək cəhdi ilə əlaqədar ömürlük azadlıqdan məhrum edilib.
Yun Sok Yolun əmri cəmi altı saat qüvvədə qalsa da, ölkəni sarsıdıb – hökumətin fəaliyyətinin qalan hissəsini iflic edib və partiyasının növbəti seçkilərdə məğlubiyyətinə səbəb olub.
Yunla birlikdə ittiham olunan digər şəxslərə də hökmlər açıqlanıb:
- Yunun administrasiyasında sabiq müdafiə naziri Kim Yonq-Hyon 30 il müddətinə azadlıqdan məhrum edilib.
- Keçmiş kəşfiyyat komandanı Roh Sanq-Von 18 il həbs cəzasına məhkum edilib.
- Sabiq polis rəisi Ço Ci-Ho 12 il həbs cəzası alıb.
- Seul Polis İdarəsinin keçmiş rəisi Kim Bonq-Sik 10 il müddətinə azadlıqdan məhrum edilib.
- Milli Assambleyanın polis mühafizə xidmətinin sabiq rəhbəri Mok Hyon-Te 3 il həbs cəzasına məhkum edilib.
Məhkəmənin məlumatına görə, təqsirləndirilən şəxslər bir həftə ərzində apellyasiya şikayəti verə bilərlər.
