...

Əlcəzair müstəmləkəçiliyin ən ağır hücumlarından birinə məruz qalıb - Hişem Daud

Siyasət Materials 19 Fevral 2026 10:31 (UTC +04:00)
Əlcəzair müstəmləkəçiliyin ən ağır hücumlarından birinə məruz qalıb - Hişem Daud
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əlcəzair Şimalda müstəmləkəçiliyin ən ağır hücumlarından birinə məruz qalıb. Bu, Fransanın “ikiqat sistemli” müstəmləkəçiliyi idi.

Trend xəbər verir ki, bu fikirləri antropoloq Hişem Daud “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Antropoloqun sözlərinə görə, əlcəzairli fərdlər nəsillərarası travma yaşayıblar:

“İlk növbədə işgəncə və mənəvi təqib mövcud idi. İşgəncə fiziki yara yaradır, mənəvi təqib isə psixoloji zədə formalaşdırır. Fransız müstəmləkə ideologiyasında özünü “üstün irq” kimi təqdim etmə meyli vardı və bu fikir daha da dərinləşdirilirdi. Fransa kolonial arxeologiyaya xüsusi diqqət yetirərək guya genetik üstünlüyü sübut etməyə çalışırdı. Fransız arxeoloq Stephane Zelle 1911-ci ildə Əlcəzairin arxeoloji izləri haqqında yazmış və tədqiqatlarını Əlcəzairdəki arxeoloji abidələr üzərində cəmləmişdi. Onun araşdırmaları fransız müstəmləkə hakimiyyətinin guya “tarixi haqqını” göstərməyə yönəlmişdi”.

O vurğulayıb ki, Fransa yerli qanunları tətbiq edərək əlcəzairliləri vətəndaşlıq hüququndan kənarda saxlayırdı. Beləliklə, əlcəzairlilər fransızlarla müqayisədə aşağı statuslu hesab olunurdu:

“Fransızlar müxtəlif saxta elmi nəzəriyyələrə istinad edərək əlcəzairli müstəmləkə olunmuş əhalinin beyin quruluşunun fransızlardan aşağı olduğunu iddia edirdilər. Hətta bəzi fransız həkimləri çıxışlarında kolonizə olunmuş xalq arasında “gerilik” və “vəhşilik” anlayışlarını genetik faktorlarla əlaqələndirir və Fransanın missiyasını guya bu “geri qalmışlığı” yaxşılaşdırmaq kimi təqdim edirdilər”.

Hişem Daud bilditib ki, azadlaşmağın ən yaxşı yolu qorxunu aşmaq, kollektiv fəaliyyət göstərərək müstəmləkə olunmuş xalqların tarixi irsini dəyərləndirmək, kollektiv yaddaşı araşdıraraq həqiqi kimliyi bərpa etmək, kommunikasiya vasitələrini gücləndirmək və azad, müstəqil sözün dövriyyəsinə şərait yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti