Bakı. Trend:
Şahbuz, Gədəbəy, Zaqatalada yağış, Daşkəsən və Şahdağda arabir qar yağır.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-u saat 13:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə olunur.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal
sürəti Naftalanda 28, Goranboyda 27, Zəngilan və Daşkəsəndə 23,
Lerikdə 22, Şahdağda 21, Mingəçevir və Göygöldə 20, Xaltan və
Zaqatalada 18, Gədəbəydə 17, Yardımlı və Qobustanda 16, Şəkidə 15
m/s-dək güclənir.
Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Göyçay, İmişli, Kürdəmir,
Sabirabad, Neftçala, Biləsuvar, Ağdam, Bakıda və Abşeron
yarımadasının bəzi yerlərində duman müşahidə olunur, görünüş
məsafəsi 500 metrədək məhdudlaşır.
