Bakı.Trend:
Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
“Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub”,- məlumatda qeyd olunub.
