Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Yunanıstana 461,2 milyon ABŞ dolları dəyərində 910,5 milyon kubmetr təbii qaz ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 63,7 milyon ABŞ dolları və ya 16 faiz çoxdur, həcm baxımından isə 16,6 milyon kubmetr və ya 1,8 faiz azdır.
2024-cü ildə Azərbaycandan Yunanıstana 927,1 milyon kubmetr təbii qaz ixrac olunub, ixracın ümumi dəyəri 397,5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821 milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qaz ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% az olub.
