...

2025-ci ildə Azərbaycandan İtaliyaya ixrac olunan təbii qazın həcmi açıqlandı

Energetika Materials 19 Fevral 2026 14:07 (UTC +04:00)
2025-ci ildə Azərbaycandan İtaliyaya ixrac olunan təbii qazın həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan İtaliyaya 4,565 milyard ABŞ dolları dəyərində 9,604 milyard kubmetr təbii qaz (qaz şəklində) ixrac olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 512 milyon ABŞ dolları və ya 12,6 faiz artıb, həmc baxımından isə 194 milyon kubmetr və ya 2 faiz azalıb.

2024-cü ildə Azərbaycandan İtaliyaya 4,053 milyard ABŞ dolları dəyərində 9,798 milyard kubmbetr təbii qaz ixrac olunub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821 milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qaz ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9 milyon kubmetr və ya 2,3% az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti