Bakı. Trend:
Rusiyanın "Zenit" klubu "Beşiktaş"ın kapitanı Orkun Kökçünü transfer etmək istəyib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul nəhənginə 30 milyon avroluq təklif göndərib. "Ağ-qaralar" rusların təklifini qəbul etməyib.
Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan 30 milyon avroya transfer edib.
