...

Azərbaycanın bu rayonlarında qar yağır

Cəmiyyət Materials 19 Fevral 2026 16:48 (UTC +04:00)
Azərbaycanın bu rayonlarında qar yağır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 19-u saat 16:00-a olan hava haqqında məlumat açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-u saat 16:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur.

Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir.

Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti