Bakı. Trend:
Ukrayna və NATO əməkdaşlığın genişləndirilməsi çərçivəsində 2026-cı ilin sonunadək qapalı informasiya mübadiləsi sistemini işə salmağı planlaşdırır.
Trend xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə NATO–Ukrayna Birgə Təhlil, Hazırlıq və Təhsil Mərkəzində (JATEC) Ukraynanın baş nümayəndəsi Valeriy Vişnevski bildirib.
“Bu, Ukrayna ilə NATO-nu möhkəm şəkildə birləşdirməli olan daha bir alətin yaradılmasıdır. Söhbət məxfi informasiya mübadiləsi sisteminin inkişafından gedir. Hazırda Ukrayna ilə NATO arasında belə bir sistem mövcud deyil”, – yerli KİV-ə müsahibəsində deyib.
Vişnevski əlavə edib ki, pilot layihənin cari ilin sonunadək işə salınması planlaşdırılır.
