...

Çilidə avtomagistralda partlayış – ölən və yaralananlar var

Dünya xəbərləri Materials 19 Fevral 2026 18:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin paytaxtı Santiyaqo şəhərində ağır yol qəzası baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, maye qaz daşiyan avtosisternin qəzaya uğraması nəticəsində güclü partlayış və yanğın baş verib.

Məlumata görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Avtosisternin sürücüsü sükana nəzarəti itirərək avtomobili bardyura çırpıb.

Qəza və ardınca baş verən partlayışdan 7 minik avtomobilinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti