...

Tusk polşalıları dərhal İranı tərk etməyə səsləyib

Dünya xəbərləri Materials 19 Fevral 2026 16:11 (UTC +04:00)
Tusk polşalıları dərhal İranı tərk etməyə səsləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın baş naziri Donald Tusk İranda olan Polşa vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Baş nazir bildirib ki, ABŞ-nin İrana potensial zərbələri şəraitində heç kim təxliyə olunmaq imkanına zəmanət verə bilməz.

“Mən mümkün hadisələrlə bağlı heç kəsi qorxutmaq istəmirəm, amma mənim nə demək istədiyimi hamı başa düşür. Münaqişə ehtimalı kifayət qədər realdır və bir neçə on saatdan sonra təxliyədən söhbət belə gedə bilməyəcək”, – deyə Donald Tusk qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti