...

DİN-dən əməliyyat: keçmiş məhkumlar 25 kiloqram narkotik vasitə ilə saxlanıldılar

Hadisə Materials 19 Fevral 2026 15:52 (UTC +04:00)
DİN-dən əməliyyat: keçmiş məhkumlar 25 kiloqram narkotik vasitə ilə saxlanıldılar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunan Namik Şirinov və Əliağa Novruzov saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti