...

Kallas Rusiyaya ultimatum verib

Dünya xəbərləri Materials 19 Fevral 2026 17:00 (UTC +04:00)
Kallas Rusiyaya ultimatum verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas blok ölkələrinə Ukrayna ilə bağlı Rusiyaya ünvanlanmış tələblərdən ibarət siyahını yayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Adları açıqlanmayan Avropa diplomatları bildiriblər ki, bu tələblər Aİ-nin Rusiyanın guya nə etməli olduğuna dair “çox maksimalist baxışını” əks etdirir.

Kallas təkid edir ki, əgər Kiyev öz qoşunlarının sayını məhdudlaşdırmalı və ya onları bəzi rayonlardan çıxarmalıdırsa, Moskva da eyni addımı atmalıdır.

Sənəddə Rusiyanın “yeni bölgələrinin” de-yure tanınmaması və həmin ərazilərin demilitarizasiyası ilə bağlı bənd yer alır. Həmçinin, Avropa diplomatiyasının rəhbəri Rusiyanın milli qanunvericiliyinin beynəlxalq müqavilələrdən üstün tutulmasını nəzərdə tutan normanın ləğvini dəstəkləyir.

Bundan əlavə, Kallas Belarusda Rusiya hərbi mövcudluğunun və nüvə silahının yerləşdirilməsinin qadağan edilməsini tələb edir.

Kallasın tələblər siyahısında Moskvanın Kiyevə, eləcə də Avropa ölkələrinə, onların şirkətlərinə və ekologiyaya vurulan zərərin təzminat şəklində qarşılanması ilə bağlı tələb də yer alır.

Qeyd olunur ki, müvafiq sənəd fevralın 23-də Brussels şəhərində keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti