Bakı. Trend:
Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 16:46-da qeydə alınan yeraltı təkanlar 70 km dərinlikdə baş verib.
