...

Ağcabədidə yanğın - İribuynuzlu heyvanlar tələf oldu

Hadisə Materials 19 Fevral 2026 20:19 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayonunda fərdi təsərrüfatda baş verən yanğın nəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.

Trend-in məlumatına görə, hadisə rayon sakini Seyid Həsənə məxsus təsərrüfatda qeydə alınıb. İlkin məlumata görə, yanğın zamanı təsərrüfat ərazisində saxlanılan 14 ton ot bağı yanaraq yararsız hala düşüb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb və alovun ətrafa yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti