...

Sarı dənizdə ABŞ və Çin qırıcıları arasında qarşıdurma yaşandı - KİV

Dünya xəbərləri Materials 20 Fevral 2026 12:13 (UTC +04:00)
Sarı dənizdə ABŞ və Çin qırıcıları arasında qarşıdurma yaşandı - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Respublikasında yerləşdirilmiş ABŞ hərbi hava qüvvələrinin (USFK) və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) qırıcıları arasında Sarı dəniz üzərində “qısa hava qarşıdurması” yaşanıb.

Trend bu barədə Koreya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Pyontex şəhəri yaxınlığındakı Osan bazasından bir neçə F-16 qırıcısı Sarı dənizin beynəlxalq sularında təlim uçuşu həyata keçirib. Qırıcılar iki ölkənin hava hücumundan müdafiə (HHM) tanıma zonaları arasında yerləşən akvatoriyada olarkən, Çinin həmin əraziyə hərbi təyyarələr göndərdiyi bildirilir.

Cənubi Koreya Müdafiə Nazirliyi və USFK hadisənin detalları barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti